Muəllif:

Moskvada saxlanılan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı oğru maliyyəçi imiş

Azərbaycan Müdafiə Nazirliyi  Moskvada saxlanılan İlqar Heydər oğlu Yadigarovun bu qurumun keçmiş əməkdaşı olmasını təsdiqləyib.  O, maliyyəçi olub və müxtəlif hərbi hissələrdə xidmət edib. 2011-ci ildə xidməti uyğunsuzluğa görə işdən çıxarılıb. Sonradan israfçılıqda və vəzifə saxtakarlığında ittiham olunaraq barəsində axtarış elan edilib.

Yanvarın 10-da Moskvanın Domodedovo hava limanında polislər Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşını saxlayıblar. O 125 min ABŞ dollarını xərcləməkdə ittiham olunur və beynəlxalq axtarışdadır. Keçmiş məmurun tutulması İnterpolun İrkutsk şöbəsinin əməkdaşlarının köməyilə həyata keçirilib. Bu barədə DİN İrkutsk vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Azərbaycan vətəndaşının (1965-ci ildə doğulub) saxlanmasında Rusiya DİN İdarəsinin Domodedovo aeroportundakı əməkdaşları da iştirak ediblər.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin barəsində dələduzluq ittihamı ilə axtarış elan ediblər. İstintaqın versiyasına görə, 2010-cu ildə o, Müdafiə Nazirliyində işləyərkən mühasibatlıq sənədlərini saxtalaşdırıb. Nəticədə respublikanın hərbi idarəsində təxminən 125 min ABŞ dolları həcmində kəsir yaranıb.

Rusiya polisinin məlumatına görə, 2011-ci ildə axtarışda olan şəxs saxta sənədlə başqa ad altında RF sərhəddini keçib. O, İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelan kəndinə keçib.

“İzləndiyindən şübhələnən şəxs qəflətən yoxa çıxıb. Operativ kanallarla məlum olub ki, o, Rusiyanın hüdudlarını keçmək istəyib”, — DİN İrkutsk Baş İdarəsinin saytında deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115