Muəllif:

Moskvada polis zabitini öldürən azərbaycanlı kriminalların kimliyi bilindi

Moskvada baş verən bu atışma zamanı polis kapitanını öldürən azərbaycanlının şəxsiyyəti müəyyən olunub. Sergey Jadobkini qətlə yetirən Rusiya vətəndaşı özünü də vurub.

31 yaşlı polis kapitanı Sergey Jadobkini odlu silahla qətlə yetirən milliyyətcə azərbaycanlı,  48 yaçlı Rusiya vətəndaşı Xəlil Sarıyev olub. Hadisə aprelin 6-da gecə saatlarında baş verib. Moskvanın Krasnoqorsk rayon polis idarəsi əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə  əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib.

Cinayətkar dəstə polisə təslim olmaqdan imtina edib və əməliyyatçılara atəş açmağa başlayıb. Nəticədə 31 yaşlı polis kapitanı Sergey Jadobkin başından və sinəsindən aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub. Bu zaman qətli törədən Xəlil Sarıyev özünü ayağından yaralayıb. Onun üzərindən «Sayqa» markalı odlu silah götürülüb.

Bu dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.

MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis polkovniki Əkbər Yusifov APA-ya açıqlamasında dəstə üzvlərindən ikisinin Azərbaycan vətəndaşı olduğunu bildirib: «Qətli törədən Xəlil Mirzə oğlu Sarıyev Azərbaycanda doğulsa da, Rusiya vətəndaşıdır. Digər iki nəfər isə Azərbaycan vətəndaşıdır. Onlar Sumqayıt şəhər sakini, 30 yaşlı Əliyev Ramin Vidadi oğlu, Kürdəmir rayon sakini, 39 yaşlı Xəlilov Hüseyn Xalid oğludur. Dəstə üzvlərindən olan bir nəfər qadın isə 23 yaşlı Belarus vətəndaşı A.İ.Şmırova olub».

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən RF CM 317-ci maddəsi ilə (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) cinayət işi açılıb, araşdırma aparılır.

Hazırda qətli törədən Xəlil Sarıyevin xəstəxanada olduğu bildirilib. Bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 253