Muəllif: Redaksiya
Moskva niyə «federallaşma» istəyir? Əlinin altında balaca «yanukoviçlər» olsun deyə…
Ukraynanın federallaşması korrupsiyalaşmış regional başçıların meydana gəlməsinə gətirib çıxaracaq. Ukrayna baş naziri Arseni Yatsenyuk “Şərqlə dialoq” telelayihə çərçivəsində çıxışında belə deyib. “Bir çoxları anlamaq istəmirlər ki, federallaşma bir çox ”kiçik Yanukoviçlərin” peyda olması ilə nəticələnəcək. Biz bunu etməyəcəyik”, — deyə Yatsenyuk vurğulayıb.
Baş nazir qeyd edib ki, hökumət artıq mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsinə başlayıb. Bununla belə, Yatsenyuk vilayət icra hakimiyyətlərinin ləğv olunacağını bildirib.
Bölüm: Siyasət
Oxunma sayı: 138