Muəllif:

Mosfilm — 90: Bakıda Rus film həftəsi başlanır

Bakıda “Mosfilm”in 90 illiyinə həsr olunmuş Rus film həftəsi  başlanır. Bu münasibətlə “28 Cinema”da  mətbuat konfransı keçirilib. Rusiya səfiri Vladimir Doroxin, Oskar mükafatı laureatı, Rusiyanın xalq artisti Vladimir Menşov və başqaları mətbuat konfransında iştirak ediblər. Menşov Bakıda olmağından məmnun olduğunu bildirib:

“Mosfilm kinostudiyasını Bakıda təmsil etmək mənim üçün böyük şərəfdir. Mən Bakıda doğulub boya başa çatmışam. İndiki Neftçilər prospektində yaşamışam. Almanların o vaxt hökumət evinin tikdiyi vaxtı xatırlayıram. Bakı mənə çox əzizdir”.

Menşov daha sonra Rusiya kino tarixindən də danışıb: “1924-cü ildə yaranmış “Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Rusiyanın bütün kino və video məhsulları bura aiddir. Rus filmlərinə bu gün də maraq var. Şərt deyil ki, ildə sayca çox film istehsal olunsun. Üç film istehsalata buraxılsın, amma keyfiyyətli olsun. “Mosfilm”də hazırda istedadlı və savadlı mütəxəssislər çalışır. Mən xüsusi ilə gənclərin rolunu yüksək qiymətləndirirəm. Biz Avropanın ən yaxşı kino studiyası olmaq istədik və olduq”.

O, əlavə edib ki, Mosfilmin texniki təchizatı yüksək səviyyədədir: “Kinostudiya ən yaxşı kameralar, ən yaxşı işıq avadanlıqları ilə təchiz olunub”.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174