Muəllif: Redaksiya
MN-nin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar
Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar. Baş prokurorun müavini — hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevbu gün keçirilən kollegiya iclasında bildirib ki, ötənil MN-nin N saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlu, Əliyev Zaur Bayram oğlu, Nəzərov Şahmar Məmməd oğlu, Salamov Məmməd Akif oğlu, Əliyev Rauf Əsgər oğlu, Sadıqov Aydın Fəxrəddin oğlu barəsində CM 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb.
Bu cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
Bölüm: Kriminal
Oxunma sayı: 256