Muəllif:

Mingəçevirdə liftləri söküb oğurlayan şəxs yaxalanıb

Mingəçevirdə yaşayış binalarının liftlərinin ehtiyat hissələrini söküb satan şəxs tutulub. Şəhər sakinləri polisə ərizə ilə müraciət edərək çoxmərtəbəli yaşayış binalarında liftlərin metal ehtiyat hissələrinin və mühərriklərin naməlum şəxs tərəfindən oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı çoxmərtəbəli 6 binadan oğurluq edən Mingəçevir şəhər “Günəşli” bağ massivinin sakini, 1985-ci il təvəllüdlü Əkbərov Vasif Nizami oğlu şübhəli şəxs qismində saxlanılıb. O, oğurluq etdiyini etiraf edib və liftlərin hissələrini sökərək satdığını bildirib.

 Cinayət işinin açıldığı, araşdırma aparıldığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145