Metroda söküntü 12 günə bitəcək, yeni yerdə dükançılardan 3 ay rüsum alınmayacaq
Bakı Şəhər İH bütün strukturları metro keçidlərində ticarət obyektlərinin söküntüsü işinə cəlb olunub. Bakı Şəhər İH Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin yaydığı əbərə görə, bu obyektlərin sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamı var. Bu işə Bakı şəhəri İcra Hakimiyyətinin bütün icra strukturları cəlb olunub.
Sərəncama əsasən, martın 28-dək Metropoliten stansiyalarının girişləri və çıxışlarında olan bütün obyektlər söküləcək: “Hacıbala Abutalıbovun Bakı Metropolitenində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə görüşündə əldə olunan razılıq ondan ibarətdir ki, bu sahibkarların işlə təmin olunması və digər ticarət obyektlərinə köçürülməsi dövlət səviyyəsində həll olunacaq. Həmin sahibkarlara “Amay”, “Yeni Günəşli”də ticarət mərkəzlərində, “Keçlə bazarı”, “Yaşıl bazar”, “Şərq bazarı”nda yer ayrılıb. Oraya köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən ödəniləcək”.
Metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək.
Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.
Bakı Şəhər İH Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də APA-ya açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.
Hacıyev onu da bildirib ki, hazırda metronun “28 May” stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: “Əvvəllər “28 May” stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur”. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: “Çünki onların metro ilə əlaqəsi yoxdur