Muəllif:

Metro ticarətçilərinin 90 faizinin bir neçə yerdə obyekti olub

Metroda fəaliyyət göstərmiş sahibkarların yalnız 10 faizi bizim tərəfimizdən alternativ yerlərdə yerləşdirilib. Bakı  İH Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib ki, sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyəti quruma müraciət etməyi. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər:

“Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk”.

Ticarətçilərin böyük əksəriyyəti yeni yaradılan “Metro” ticarət mərkəzində fəaliyyət göstərir və bu məsələni qapanmış saymaq olar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139