Muəllif: Redaksiya
Məsut Özil 3-cü dəfə Almaniyanın ən yaxşısı futbolçusu seçilib
Almaniyada 2013-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Almaniya Futbol İttifaqının bununla bağlı keçirdiyi sorğuda yığmanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb. 25 yaşlı futbolçusu səslərin 30 faizini toplayaraq buna nail olub. Digər iki pillədə isə “Bavariya”nın futbolçuları qərarlaşıb. Filipp Lam ikinci (17.5 faiz səs), Tomas Müller isə üçüncü yeri tutub (13.7 faiz). Bu saat İngiltərə “Arsenal”ının şərəfini qoruyan Özil ard-arda 3-cü dəfə bu mükafata layiq görülüb.
Bölüm: Idman
Oxunma sayı: 169