Muəllif: Redaksiya
Məşhəddən ermənilərin içinə Novruz tətilinə gəldilər — girov düşdülər
Novruz tətilini keçirmək üçün Ermənistanı seçən bir qrup İran vətəndaşı — Məşhəd sakinləri çətin vəziyyətə düşüb. İran vətəndaşları orada Novruzu necə keçirdiklərini bilmirik, fəqət tətil başa çatdıqdan sonra qaldıqları hoteli tərk etmək istəsələr də, obyektin rəhbərliyi buna icazə verməyib. Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəmədiyi olub.
Nəticədə Məşhəddən bu qədər uzaq yol keçib İrəvana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb. İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.
Bölüm: Güney
Oxunma sayı: 124