Muəllif: Redaksiya
Məşhəd ziyarəti ağır başa gəldi: avtobus qəzaya uğradı
Hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də baş verib. Azərbaycan vətəndaşlarının Məşhəd ziyarətindən qayıdarkən qəza nəticəsində yanğın olub. “Scania 86” markalı avtobusda 31 sərnişin varmış. Nəticədə 3 azərbaycanlı zəvvar ağır xəsarət alıb. Onlar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmır. Digər yolçular isə avtobusdan təxliyə olunublar.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 215