Muəllif:

Mərkəzi Nəbatat Bağında ağaclar “başqa yerə daşınıb”

Mərkəzi Nəbatat Bağında ağaşların kəsilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə harahatlıq yaradıb. Bu da təəccüblü görünməməlidir, çünki son 20 ildə çox buna  bənzər hadisələr oldu. Çox parklarda ağaclar kəsildi və yerində modern görünüşlü toyxanalar tikildi. Şəhərin yaşıllıq solaqlarına müştəri gözü ilə maraq indi də güclüdür və cox belə hallar ola bilər. Bu dəfə  qurumun mətbuat xidmətindən

təqdim olunan izahata baxaq — iddia edilir ki, “ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur”. Deyilir :

“Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir».

Bizə izah edirlər ki,, bu yerdəyişmələr mövsümi xarakter daşıyır:

“Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan, kommunikasiya xətləri onların köklərinin inkişafına mane olur. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan, onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb».

Çox maraqlıdır – botaniklər bu xətlərin üstündə ağac əkilməsinə bir vaxt necə olub  razılıq veriblərmiş, indi birdən bu xətlər yada düşüb. Yaxxudd kommunikasiya xətlərini niyə Mərkəzi Nəbatat Bağındakı ağacların arası ilə çəkiblərmiş. Boş yer başlarına qəhət imiş? Nəsə “izahat” inandırıcı görünmədi.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135