Mənim oğlum onun oğlu kimi oğru deyil
Ötən yay “Gəzi parkı” etirazları zamanı güllə yarası alaraq 269 gün komada qalan, bu günlərdə vəfat edən 15 yaşlı Berkin Əlvanın atası Sami Əlvan “CNN-türk” telekanalına açıqlamasında baş nazir Ərdoğanı ciddi tənqidə məruz qoyub. Sami Əlvan oğlunun aksiyalarda iştirak etmədiyini, çörək almaq üçün getdiyi zaman polis gülləsilə vurulduğunu deyib. “Mən bu gün oğlumu son mənizlə yola saldım, o isə övladını ifadə belə verməyə göndərmədi. Mənim oğlum qürurla getdi, oğurluqda ittiham olunmadı. Ona görə də bu xalq mənim övladımın arxasında idi”, — Əlvan Ərdoğanı və oğlu Bilal Ərdoğanı korrupsiya və rüşvətdə suçlayıb.
Əlvan Ərdoğandan tək istəyinin oğlunun qatillərinin tapılması olğudunu deyib.
Ata oğlunun xəstəxanada komada qaldığı 9 ay ərzində rəsmilərdən heç kəsin onlarla maraqlanmadığını bildirib.
“Bu ölkənin vətəndaşıyıq, bu bayraq altında yaşayırıq, mən də bu dövlətə vergi ödəyirəm. Berkin çörək almağa getdi. O baş nazirə səslənirəm. İstəsə övladımın qatılini 1 saat içində gətirər. Əmri də o verdi və polis də əmr quludur. “Mənim polisim dastan yazdı”deyir Ərdoğan. Emri də o verib. Misirdə ölənlərə rəhmət dilədi, amma bizlərə başsağlığı belə vermədi”, — Sami Əlvan Ərdoğanı tənqid edib.
Sami Əlvan Ərdoğana vicdanı varsa Bilal Əlvanın qatlini ortaya çıxarmasını istəyir.