Muəllif:

Məmmədyarov: Danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü vaxt müəyyən olunub

Azərbaycan və Ermənistan prezidentləri Haaqada görüşüblər. Martın 24-25-də Haaqada Nüvə Təhlükəsizliyi Sammiti zamanı  bu, prezident İlham Əliyev və prezident Serj Sarqsyan arasında qısa bir görüş olub. Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb. Uorlik iki ölkə prezidentinin görüşünü müsbət qiymətləndirir və əmindir ki, problemin həllini tapmaq əzmindədirlər.

Burada iki ölkənin xarici işlər nazirləri də görüşüblər, hər iki ölkənin prezidenti ayrılıqda Minsk Qrupu həmsədrləri ilə də görüşüblər.

Görüşdən bir neçə gün öncə martın 18-də Elmar Məmmədyarov bildirib ki, Haaqa görüşündən sonra apreldə  Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər. “Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Gərək böyük sülh sazişinin üzərində işə başlayaq. Biz hansı istiqamətə getdiyimizi bilirik. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır”,—  deyə Məmmədyarov qeyd edib. Nazir qeyd edib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü vaxt müəyyən olunub.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107