Məhəmməd Əmin Rəsulzadə — 130: ölkədə və xaricdə anım törənləri keçiilir
Bu gün Cümhuriyyətimizin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 130-cu doğum günüdür. Bu münasibətlə ölkədə və xaricdə anım törənləri keçiilir. Bu böyük insan 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya göz açmışdır. Hələ gənc yaşlarında sosial-demokratlara qoşulmuş, onlarla birgə «Hümmət» türk sosial-demokrat təşkilatının yaranmasında iştirak etmişdir. Çar polisininin təqiblərinə məruz qaldığından 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Osmanlıy mühacirət edib, İstanbulda yaşayıb.
1911-ci ildə Müsavat Partiyasında yer alıb və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib, siyasətin burulğnında olub. Milli Şuranın sədri seçilib, 1918-ci ildə Şərqdə ilk cümhuriyyətin yaradılmasını rəsmən elan edib. Parlamentin deputatı seçilib, parlamentdə Müsavat fraksiyasının başçısı olub. 1920-ci il aprelin 28-də bolşevik işğalının ağrılaını yaşayıb, qeyri-leqal vəziyyətə keçsə də ÇK tərəfindən həbs edilib. Az sonra Stalinin göstərişi ilə Rəsulzadə Bayıl həbsxanasından buraxılaraq onunla bir vaqonda Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib (həyatını risqə ataraq Peterburqdan bir qayıqda Fin körfəzini üzüb Finlandiyaya keçib).
Türkiyədə, Avropada və sonralar yenidən Türkiyədə Azərbaycanın istiqlal davasını fasiləsiz olaraq yaradalməinə faktik olaraq başçılıq edib, İstiqlalın bərpa olunacağına ümidini bir an da olsa zəiflətməyib. Çoxlu sayda siyası məzmunlu dəyərli əsərlər yazaraq nəşr etdirib.
M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib, Əsri məzarlığında torpağa tapşrılıb.
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy «Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında» sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev «Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
Bu böyük insan bu millət var olduqca Azərbaycan Türkünün ürəyində əbədi yaşayacaqdır.