Muəllif:

Məhbus adətini tərgidə bilməyib — oğurluq edərkən «iş başında» yaxalanıb

Adəti tərgitmək çətin məsələdir — belə bir atalar sözü var. Su sənəyi suda sınar deyə başqa bir məsəl də var. Bu cinayətkar da elə — məntəqətipli cəzaçəkmə müəssəsində cəza çəkdiyi bir halda əli dinc durmayıb,  oğruluğa cəhd edib və  hadisə yerində yaxalanaraq həbs edilib. Bu dəfə onun cəzası bir qədər də sərt olacaq yəqin. Əvvəl narkotik, indi oğurluğa cəhd…

Zaqatala rayon Polis Şöbəsinə istinadən  yayılan məlumata görə, Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 20 ünvandakı evdən oğruluq  barədə polisə bilgi verilib. Post patrul xidmətinin əməkdaşları evdən oğruluğa cəhd edən şəxsi elə iş başında tutublar.

Bəlli olub ki, oğruluğa cəhd edən şəxs,  28 yaşlı, Zaqatala şəhər sakini Kənan  Elxan oğlu Nağıyevdir.  Kənan Nağıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib, indi Goranboyda fəaliyyət göstərən məntəqətipli cəzaçəkmə müəssisəsində şərti cəza çəkir.

Polisdə cinayət işi başlayıb, Kənan Nağıyevin rayonda baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116