Muəllif:

Matviyenkodan Krım tatarlarına milli və mədəni muxtariyyət vədi

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Krımın Rusiyaya birləşəcəyi təqdirdə Krım tatarlarına milli və mədəni muxtariyyət vəd edib.  Valentina Matvienko “Rossiya 24” telekanalına müsahibəsində bu barıdı deyib:   

“Əgər Krımda keçiriləcək referendumda Rusiyanın tərkibinə qatılmaq qərarı veriləcəksə, Krım əhalisi Rusiya vətəndaşlarının hüquqlarından eyni səviyyədə istifadə edəcəklər. Onlar həmçinin Ukrayna ilə müqayisədə daha yüksək səviyyədə olan sosial standartlardan da bəhrələnə biləcəklər. Krım tatarları isə milli və mədəni muxtariyyət əldə etmək hüququna malik olacaqlar”.

Matviyenko əlavə edib ki, Krım tatarları Rusiya qanunvericiliyində repressiyalara məruz qalmış xalqlara nəzərdə tutulmuş hüquqlardan tam həcmdə istifadə edə biləcəklər.  

Rusiya qaynaqlarına istinadən, Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərar məxfi şəkildə Kremldə, yəni ən yüksək səviyyədə, artıq verilib.  Krım, böyük ehtimalla, Rusiya Federasiyasına respublika kimi birləşdiriləcək. Respublikada iki dövlət dilinin – rus və krım-tatar dilinin qüvvədə olacağı bildirilir.  Rusiya prezidenti administrasiyasına yaxın mənbə artıq Krımın martın sonunadək Rusiyanın tərkibinə rəsmi qaydada birləşdirilməsi barədə göstəriş verildiyini bildirib. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122