Matviyenko: Suveren bir dövlətin daxili işlərinə qarışmaq haqqımız yoxdur
Rusiya və Ukrayna arasında münasibətlər deyəsən aydınlaşmağa doğru gedəcək, sivil yanaşma öz sözünü deyəcək, məsələ hərbi müdaxiləyə və ya separat adıımlarra qədər qalxmayacaq. Son günün gəlişmələri belə deməyə əsas verir. Pezident Vladimir Putinin Rusiya silahlı qüvvələrinin Qərb və Mərkəzi hərbi dairələrinin döyüş hazırlığının yoxlanılmasına dair göstəriş verməsi də Ukraynaya müdaxiləyə hazırlıq kimi qavranılmamalıdır. Bu tək Ukrayna üçün deyil, Rusiyanın özü üçün də 1904-cü ilin rus-yapon savaşından, Əfqanıstana müdaxilədən daha ağır sonuclarla üz-üzə qoyardı. Deyəsən bunu Kremldə yaxşı anlayırlar.
Putinin göstərişi ilə bu gün saat 14.00-da Qərb hərbi dairənin qoşunları, ləcə də Mərkəzi hərbi dairənin ikinci ordusunun hazırlıq vəziyyətinə gətirilməi sıradan bir yoxlamalarla bağlıdır. Rusiya müdafiə naziri Sergey Şoyqunun da qeydd etdiyi kimi, hərbi birləşmələrin döyüş hazırlığı fevralın 28-dən martın 3-dək yoxlanılacaq. Yoxlama iki mərhələdə keçiriləcək: operativ-texniki və taktiki təlimlər.
Bu məsələnin ardınca qalxan hay-küyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko aydınlıq gətirdi və rəsmən bəyan etdi ki, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Matviyenko jurnalistlərə açıqlamasında bildirib ki, “belə bir ssenarinin həyata keçirilmə ehtimalı yoxdur. Rusiya mövqeyini qəti şəkildə ortaya qoyub. Bizim müstəqil və suveren bir dövlətin daxili işlərinə qarışmaq haqqımız yoxdur.
Ukraynada yaşayan rusdilli əhaliyə və Krımda yaşayan ruslara Rusiya vətəndaşlığının verilməsi ilə bağlı iddialara münasibət bildirən Matviyenko bu cəhdin çox vaxtsız olduğunu söyləyib: “Bu təklifin diqqətli bir şəkildə araşdırılması və müzakirə edilməsi lazımdır. Bu, yersiz bir davranış ola bilər”.
Ardınca Krım parlamentinin sədri Vladimir Konstantinov da muxtar respublikanın Ukraynanın tərkibindən çıxması məsələsinin qaldırılmadığını bildirdi. Krımda etnik ruslar sayca üstün olsalar da, ukraynalı və tatar əhali ölkəsinə bağlıdır və rus milliyyətçiləinin hay-küylərini yumşaq desək bölüşmür. Təsadüfi deyildir ki, Konstantinov bu günkü növbədənkənar plenar sessiyada muxtar respublikanın Ukraynadan ayrılması ilə bağlı qərar qəbul olunacağına dair yayılan xəbərləri provokasiya adlandırmışdır: “Bu, muxtar respublika Ali Sovetini diskreditasiya edərək onu legitimlikdən mərhum etmək məqsədi güdən təxribatdır”.
Bu gün Krım tatarları parlamentin iclasının təxirə salınması və Ukraynanın ərazi bütövlüyünə riayət edilməsi tələbi ilə parlament binasının qarşısında möhtəşəm bir sədaqət aksiyası keçirməsi bten tərəfləri ehtiyatlı davranmağa bir çağırış mesajı idi.