Muəllif:

Maraqlıdır, ermənilərlə iş görən konqresmenlər Bakıda nə deyəcəklər?

ABŞ Konqresinin aparıcı Komitələrin liderlərindən ibarət  bir heyət həftəsonu təhlükəsizlik, xarici siyasət və energetika məsələlərinin müzakirəsi üçün Bakıya gələcək. Xüsusən, Ukrayna və Rusiya arasında gərginlik fonunda Azərbaycanda qaz ixracının sürətləndirilməsi məsələlərinə baxılacaq. Müzakirə olunan məsələlər arasında Qarabağ münaqişəsi və İran amili də olacaq, bu barədə Turan-ın Vaşinqton müxbirinə Konqresdəki mənbə bildirib.

Səfər rəsmi Bakının Amerikanın Sülh Korpusu kimi qərb institutlarının ölkədə fəaliyyətini məhdudlaşdırdığı bir anda baş tutur.

Konqresmenlər Bakıdan Yerevana yola düşəcəklər, burada Türkiyədə 1915-ci il hadisələrinin qurbanlarının anım mərasimində iştirak edəcəklər.

Nümayəndə heyətinə Ed Roys – aprelin əvvəllərində onlarla digər konqresmenlə birlikdə Kapitoli təpəsində “erməni soyqırımı” qurbanlarının anım mərasimində iştirak edən şəxs rəhbərlik edir.

Ondan başqa, heyətin tərkibinə digər erməniyönlü konqresmenlər: “soyqırım haqqında həqiqəti söyləməyə” çağıran Eliot Encel və “erməni soyqırımının” etiraf olunmasının fəal tərəfdarı olan Luis Frankl da var.

Konqresmenlərinin növbəti dayanacaq məntəqəsi Kiyevdir. Orada konqresmenlər Ukraynanın təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə, habelə Ukraynanın enerji daşıyıcıları ilə təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Səfərin yekunlarına görə nümayəndə heyəti qaz ixracının sadələşdirilməsi haqqında qanun layihəsi hazırlamağı planlaşdırır.

Qeyd edək ki, bu, prezident seçkilərindən sonra Amerika nümayəndə heyətinin Bakıya ilk səfəri olacaq.

Eyni zamanda, ABŞ-da bir sıra lobbi təşkilatları (məsələn, Bakı ilə əlaqəsi olan Azpod LLC) konqresmenlərin bir sıra digər səfərlərini hazırlayıblar. Konqres dairələrindən olan məlumatlara görə, bu səfərlər ödənişli olub.

Konqresmenlərin növbəti belə səfəri mayın 30-na təyin edilib, deyə Konqresdəki mənbələr bildirib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107