Muəllif:

Manatın hazırlanmasına görə 14 mln. avroluq rüşvət məsələsi Vyana məhkəməsində

Avstriyada manatın hazırlanmasına görə 14 mln. avroluq rüşvət qalmaqalı deyəsən böyüməkdədir.  Avstriya Mərkəzi Bankının keçmiş sədr müavini Volfqanq Duçaçek və daha 8 şəxs Azərbaycan və Suriyada vəzifəli şəxslərin pulla ələ alınması işi ilə bağlı bazar ertəsi Vyana məhkəməsinə çağırılıblar. Söhbət həmin ölkələrin milli valyutalarının hazırlanmasına dair müqavilələrin alınmasından gedir.

Duçaçek və digərləri pulların çapı üzrə Oesterreichischen Nationalbank-dan (OeBS) istifadə olunmasında, Suriya və Azərbaycandan müqavilə almaq üçün ümumi məbləğində 14 mln. ($19 mln.) rüşvət verilməsində ittiham olunurlar.

İstintaqın məlumatına görə, müttəhimlər xarici milli bankların sirafişinin dəyərinin 20% artırılması və vəsaitin həmin artırılmış hissəsinin 2005-2011-ci illərdə Azərbaycanın və suriyalı məmurların hesabına köçürülməsi barədə razılığa gəliblər.

Müttəhimlər pulların yuyulması və vəsaitin Azərbaycanla Suriyaya köçürülməsi üçün Panamada offşor hesablar yaradıblar. Bu barədə prokuror Volker Sakmann bildirib.

Müttəhimlərin arasında OeBS-nin keçmiş rəhbəri Mikael Volf, digər menecer və personal, iki hüquqşünas var.

Onlar özlərini müqəssir saymayıblar, lakin  10 ilədək həbs cəzası gözləyir.

Duçaçek eləcə də OeBS Müşahidə Şurasının rəhbəri olub. Ötən ilin iyununda ona qarşı ittiham irəli sürüləndən sonra Mərkəzi Bankın rəhbəri postundan istefa verib.

Xatırladaq ki, Azərbaycan milli valyutasının hazırlanması üçün sifariş Azərbaycan Mərkəzi Bankından gəlib. İstintaq hələlik azərbaycanlı məmurların adlarını açıqlamır, lakin yalnız Azərbaycanın əsas bankının birinci şəxsləri işə cəlb edilə bilər (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178