Muəllif:

Macar investorları farmakologiyada əməkdaşlığa dəvət edildi

Azərbaycan tərəfi Macarıstan investorlarını farmakologiya sahəsində əməkdaşlığa dəvət edib.Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev belə bir təklif irəli sürüb.

Yeri gəlmişkən, Macarıstan farmakologiyda inkişaf edib, Azərbaycanda isə saxta dava-dərman istehsalı dünyda söz-söhbətə səbəb olub.  İndi belə bir əməkdaşlıq ölkənin farmokoloji imicini yaxşılaşıra bilərdi.

Nazirin sözlərinə görə, Azərbaycan bu sahənin inkişafında çox maraqlıdır: «Bu səbəbdən də biz maraqlıyıq ki, Macarıstanın tanınmış dərman istehsalı şirkətləri Azərbaycana gəlsin. Hətta bu sahədə birgə müəssisənin yaradılmasında maraqlıyıq. Bu müəssisənin Azərbaycanda olmasına da olduqca lazımi şərait yaradıla bilər».

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122