Muəllif: Redaksiya
Lənkəranda 60 yaşlı qadını odlu silahla öldürdülər
Canilər bu hadisəni ötən gecə Lənkəran şəhərində törədiblər. Lənkəran polisindən yayılan xəbərə görə, maskalı şəxslər 60 yaşlı şəhər sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilinə girərək, odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıblar.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən Tağıyeva keçinib. Meyit müayinə olunmaq üçün SN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədənlər axtarılır.
Bölüm: Kriminal
Oxunma sayı: 154