Lavrov və Kerri Parisdə bağlı qapılar arxasında Ukraynanın taleyini həll edirlər
Bu gecə Parisdə Rusiya səfirliyində Sergey Lavrov və Con Kerri bağlı qapılar arxasında Ukraynadakı druma dair danışıqlar aparıblar. Onlar üz-üzə görüşüblər və jurnalistlərə açıqlama verilməyib. Bu danışıq barədə razılaşma əlüstü qəbul edilib və Avropadan Vaşinqtona uçan Con Kerri uçağın istiqamətini geri döndərib. Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqlar gözlənilmədən aktivləşib, Putin və Obama arasında telefon danışığından sonra mövzunu xarici işlər nazirləri davam etdiriblər. Diplomatik qaynaqlar buna diqqət yetirirlər ki, Lavrov Krım barədə danışıq aparmaq səlahiyyətində deyil. ABŞ-ın təkliflərində də yarımadanın Ukraynaya qaytarılmasından söz getmir.
Nizamlanma planı Ukraynada xarici müşahidəçilər missiyasının yerləşdirilməsini nəzərdə tutur. Missiya rusdilli əhalinin hüquqlarına riayət edildiyinə əminlik hasil etməlidir. Ola bilsin, bu ATƏT missiyası bazasında olsun. Moskvanın rəsmi nöqteyi-nzərəi belədir ki, məhz rusdilli əhalinin hüquqlarının pozulması Krımda referendum keçirilməsinə və yarımadanın Rusiyaya birləşdirilməsinə gətirib çıxarıb. ABŞ-da isə hesab edirlər ki, missiya yerləşdirildikdən sonra Rusiya öz qərb sərhədlərindən qoşunlarını geri çəkə bilər və bununla da RF və Ukrayna arasında birbaşa danışıqlar başlayar.
Moskva Ukraynanı federativ dövlət kimi görür, Kiyev isə bunu qəbul etmir. Lavrov «Ukraynaya dəstək qrupu» yaradılması ideyasını səsləndirib, burada ABŞ və AB ilə yanaşı Rusiya da daxil ola bilərdi. Fəqət bu məsələlər hələlik razılaşdırılmayıb… ABŞ hərbi rəisləri Avropada intensiv fəaliyyətdədir.