Muəllif:

Lavrov Ermənistanın Moskva səfirliyindəki «DQR nümayəndəliyin»ndən «xəbərsiz»…

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ümidvericidir. Lakin hər şey münaqişə tərəflərindən asılıdır.  Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında  bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik”.

Nazir qeyd edib ki, danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır.

Sergey Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsinə münasibət bildirib və bunun qanuni olub-olmaması barədə sualı cavablandırıb. Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsindən «xəbərsiz» olduğunu bildirib.

Bununla belə, XİN başçısı Vyana Konvensiyasına riayət etməyin vacib olduğunu vurğulayıb: “Mütəmadi olaraq belə fikirlər səslənir ki, Vyana Konvensiyasına zidd olaraq, səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir. Hesab edirəm ki, Vyana Konvensiyasına riayət olunmalıdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125