Muəllif: Redaksiya
Kürəkən qayınatasını və qayınanasını güllələdi
Hadisə Novxanı bağlarında qeydə alınıb. Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı ildoğumlu Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il doğumlu Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Bölüm: Kriminal
Oxunma sayı: 134