Muəllif:

Kürdəmirin yolüstü kafelərində ehtiyatlı olun: mənşəyi məlum olmayan ət…

Bakı-Qazax yolunun kənarındakı bəzi yeməkxanalarda mənşəyi məlum olmayan ətdən istifadə olunması faktları aşkar edilib. Kürdəmir rayon Baytarlıq İdarəsi əməkdaşları Bakı-Qazax magistral avtomobil yolunun kənarında yerləşən kafe və restoranlarda yoxlama xarakterli reyd keçiriblər. APA bildirir ki, gün ərzində 10-a yaxın kafe və yeməkxanada aparılan yoxlamalar zamanı onların bəzilərində ciddi nöqsanlar aşkar edilib.

Mütəxəssislər obyekt sahiblərindən orada istifadə olunan ət və ət məhsullarının mənşəyi, onların haradan gətirilməsi və alınmasını təsdiq edən sənədləri göstərməyi tələb etsələr də nəticəsiz qalıb…

Bir sıra yeməkxana sahibinin baytar həkimlərin nəzarətindən yayınaraq mənşəyi məlum olmayan və möhürlənməmiş ətdən istifadə etdiyi aşkarlanıb. Baytarlıq idarəsi tərəfindən ayda 2-3 dəfə magistral yolun Kürdəmirdən keçən hissəsində fəaliyyət göstərən 50-dən artıq kafe və yeməkxanalarda reydlər keçirilir. Bu reyd zamanı da aşkarlanan nöqsanlar barədə sahibkarlara məlumat verilib, çatışmazlıqların aradan qaldırılması və istehlakçılara qanunun tələblərinə uyğun olaraq xidmət göstərilməsinin vacibliyi izah edilib. Bəzi sahibkarlara xəbərdarlıq olunub və gələcəkdə buna məhəl qoymayanlar barəsində sanksiyalar tətbiq olunacaq və onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq.

Rayon baytarlıq idarəsi bu kafe və yeməkxanalarda yoxlama xarakterli reydləri mütəmadi olaraq davam etdirməyi planlaşdırır. Şəkillərdən də göründüyü kimi, kafelərdə yemək hazırlanan yerlər it  kökündədir… Qalmışdı at əti, eşşək əti…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 238