Muəllif:

KTMT Ukraynadakı durumla bağlı NATO ilə təmasları dayandırdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynadakı durumla bağlı NATO ilə təmasları dayandırır. Bu addım barədə KTMT baş katibi Nikolay Bordyuja açıqlama ilə çıxıxş edib.

RİA Novosti agentliyindəki mətbuat konfransında Bordyuja deyib:

«Biz bu gün NATO-nun Ukrayna böhranı dövründə tutduğu mövqeyi nəzərə alaraq NATO ilə birgə fəaliyyət üzrə təmasların qurulması üzrə istənilən səyləri dayandırırıq».

Bordyuja bunu NATO-nun Rusiyanı və onun müttəfiqlərini «şantaj etməsi» ilə əsaslandırıb. «Bu gün NATO KTMT-yə üzv olan dövlətlərin bütün cəbhəsi boyu şantaj fəaliyyəti göstərir, <…> son aylar Rusiyanın hərəkətlərindən son dərəcə narahat olduqlarını nümayiş etdirirlər».

Ötən həftə NATO baş katibi Anders Foq Rasmussen bildirmişdi ki, Ukraynanın ətrafındakı hadisələrlə əlaqədar təşkilatın döyüş hazırlığının gücləndirilməsi və təlimlərin keçirilməsi üçün müdafiə planlarını təkrar gözdən keçirmək niyyətindədir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122