Muəllif:

Krımda durum gərgindir: Naməlum silahlılar gecə parlament binasına soxulublar

Ukraynanın Krim vilayətində durum gərgin olaraq qalır.  Buraya Rusiyadan 11 mindən çox əsgərin göndərildiyi iddia edilir. Bu səhər  Krım sahillərinə Rusiya Qara dəniz eskadrasının yaxınlaşdığı haqda xəbərlər yayılıb. Yerli informasiya qaynaqlarının yazdığına görə, bu hərbi gəmilərdə 11 min nəfər əsgər var.

Xəbərlərə  görə, naməlum şəxslər fevralın 26-dan 27-ə keçən gecə Akməsciddə (Simferepol) Krım Ali Soveti və Nazirlər Şurasının binalarını zəbt ediblər. Bu brədə Krım Ali Soveti mətbuat xidmətinin təmsilçisi xəbər verib. O deyib: “Biz işə gəldik, lakin Ali Şuranın binasına daxil ola bilmirik. Bina milis tərəfindən mühasirəyə alınıb. Bizə dedilər ki, bu gün iş olmayacaq. Krım Nazirlər Şurasında da eyni vəziyyətdir”, — deyə o vurğulayıb. Moskva qaynaqları bu silahlı adamların «rusdilli əhalinin özünümüdafiə dəstələrindən» olduğunu xəbər verir. Qara maskalı və kalaşnikovlu bu adamların sayının 30 nəfərə qədər olduğu deyilir. Adanın hər tərəfində ruslardan hərbi dəstələrin təşkil olunduğu və Akməcidə doğru yollandıqları məlumatlara əlavə olunur.

Akməscid (Simferopol) yaxınlığında Qvardeysk  aerodromuna bir neçə Tu-154 təyyarəsinin endiyi, bu təyyarələrdə hərbçilərin olduğu iddia edilir. Rusiyanın Krımda  yeni bir Qarabağ fitnəsi törədəcəyi, qan axıdacağı istisna sayılmır.

Krım-Tatar Məclisinin sədri Refat Çubarov bildirib ki,  parlament bu gün istirahətdədir. Krım Radasının qapısı ağzında Rusiya bayrağı asılıb…

Daxili qoşunlar həyəcan siqnalı ilə qaldırılıb və ərazini mühasirəyə alıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147