Muəllif: Redaksiya
Krımda antireferendum aksiyaları: 42 min adam «yox!» dedi
Ötən gün Krımdaantireferendum aksiyaları keçirilib. Qarşıdakı qanunsuz referendum əleyhinə dinc etiraz aksiyalarında 42 min adam iştirak edib. Bunu Krım-Tatar Məclisinin rəyasət heyətinin üzvü Əminə Avamileva bəyan edib. “Bu gün Krımın bütün bölgələrində irimiqyaslı aksiyalar keçirilib. Son hesablamalara görə, aksiya və yürüşlərdə 42 min adam iştirak edib. Bunların arasında Krım tatarlarından savayı digər xalqların nümayəndələri də olub”, Ə.Avamileva bildirib.
Avamiyevanın sözlərinə görə, aksiyalar dinc şəkildə keçib. Əminə xanım xatırladıb ki, Krım-Tatar Məclisi Krım tatarlarını və ümumilikdə muxtariyyətin əhalisini martın 16-da keçiriləcək referendumu boykot etməyə çağırır.
Bölüm: Siyasət
Oxunma sayı: 136