Muəllif:

Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu Moskvaya gedib

Rusiya prezidenti Putinin təşəbbüsü ilə Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu Moskvaya görüşə gedib. RF prezidenti Putin Krımoğlunun Moskvaya gəlməsi üçün vasitəçi kimi Tatarıstanın keçmiş prezidenti Mentimer Şaymiyevin xidmətindən istifadə edib. Odur ki, rus mediasının təşəbbüsçü kimi Şaymiyevi göstərməsi əsassızdır. Krımoğlu RF prezidentilə görüşünə dair Ukrayna iqtidarını məlumatlandırıb. Dəvətdə məqsəd Krımoğlu ilə Krımdakı durumu, habelə Krım tatarları ilə Povoljye tatarlarının qarşılıqlı münasibətlərini müzakirə etməkdir. “Hər halda mənimlə qoşunların Krımdan çıxarılmasını müzakirə etməyəcəklər, sadəcə, Rusiya tərəfə çəkmək istəyəcəklər”, — Krımoğlu səfəri haqda media mənsublarına açıqlama verib.

Krım -Tatar məclisinin rəhbəri Çubarov isə Rusiyanın təşəbbüsü ilə Krımda keçirilməsi nəzərdə tutulan 16 mart referendumunun nəticələrini heç bir halda tanımayacaqlarını bəyan edib. Krım tatarları Rusiyanın Krımdakı indiki hərəkətlərini “Krımı ikinci dəfə işğalı”  kimi dəyərləndirirlər. Krımın hər hansı ad altında Rusiyaya birləşdirilməsinin Krım tatarlarına yaxşı heç nə vəd etməməsinə diqqət çəkirlər.

Yeri gəlmişkən, Krımdakı durumla bağlı martın 11-də Bakıda keçirilən dinləmələrdə də natiqlər Rusiyanın martın 16-da Krımda referendum keçirərək yarımadanın Rusiyaya birləşdirilməsi səylərini “faktiki ikinci işğal” hesab ediblər. Rusiyanın Krımı işğal etdiyi vaxtdan 1783-cü ildən bu yana Krım tatarlarının əzab və iztirablarının başlandığı vurğulanıb. XVIII əsrdə sayları 5 milyon nəfərdən çox olan Krım tatarlarının XIX əsrin sonuna artıq miyon nəfərdən aşağı düşdüyü deyilib. Krım tatarlarının rəhbərlərindən Lir Xəlilov bu demoqrafik azalmanı çar Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi sayıb. Stalin repressiyaları dövründə tatar xalqının Sibir və Orta Asiyaya sürgün oldunduqları xartırladılıb. Sonra sovet hökuməti bu addımın səhv olduğunu etiraf ettsə də xalqın öz torpaqlarına dönməsinə imkan verməməsinə diqqət çəkilib.

Krım tatarlarının özlərini Rusiyanın tərkibində görə bilmədiklərini deyən tarixçi Cəmil Həsənli 16 mart referendumunu “Krım tatarlarının üçüncü sürgün astanasında olması” kimi dəyərləndirirb.

“Rusiyanın tərkibində olanda hansı xoş günü və ya həyatı yaşadıq ki, onlarla birgəliyi istəyək?”, — tatar fəallarından Elvina Nurzuayeva mövqeyini  açıqlayıb.

M.Krımoğlunun şəxsində Rusiyanın Krım tatarları ilə maraqlanması bütün Krım tatarlarının təəccübünə səbəb olub. “İndiyə kimi tatarların problemlərilə maraqlanmırdılar, haqlarımızı tanımırdılar, indi nə oldu ki, hamı bizimlə dost olmaq istəyir?”, — Kırm-Tatar Məclisinin rəhbəri Çubarov mediaya bəyan edib.

Ekspetlər Krım məsələsinin həllində bölgənin aborigeni olan Krım tatarlarınnın  mövqeyinin həlledici olduğunu deyirlər. Onların firkincə, Krım tatarları Rusiyaya əks mövqe tutduğu halda bu mövqe Rusiya üçün “ciddi beynəlxalq “başağırsı”na dönəcək. Putinin Krımoğlunu Kremlə dəvət etməsi indiki halda Krım tatarlarını Rusiya tərəfə çəkə bilmək üçün mümkün olan və olmayan bütün vədləri verməsindən ibarətdir. Bu olmadığı halda rus mediasının antitatar təbliğat maşınının işə düşəcəyi qeyd edilir (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160