Muəllif:

Krım Tatarlarından Ukraynaya sədaqət mitinqi: Rusiya bizim daxili işimizə qarışmasın

Simferopolda Krım Muxtar Respublikası parlamentinin binası qarşısında yerli tatarların və Ukraynanın yeni hökumətinin tərəfdarlarının Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilir. Aksiyada azı 5 min Krım tatarı iştirak edir və onlar yerli hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü pozmamağa çağırırlar. İnsanlar əllərində Ukraynanın, Avropa Birliyinin və Krım tatarlarının bayraqlarını tutublar. Bu aksiyadan bir qədər aralıda isə yerli kazak təşkilatlarının üzvləri və Rusiyayönümlü insanlar toplaşıb.

Bu gün yerli vaxtla saat 15-də Krım parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Gündəlikdə iki məsələ var: ölkədəki ictimai-siyasi vəziyyət və Krım Nazirlər Kabinetinin hesabatı. Hazırda Krımda etnik rusların separatçılıq ovqatı qızışdırılır və Ukraynadan qopub Rusiyaya birləşmək çağırışları eşidilir.

Krım Tatarları Krımın çoxəsrlik yerli əhalisidir, tarix boyunca rus hakimiyyəti onlara saysız pisliklər edib və bunu nəzərə almaqla, onlara əzəldən müstəqil Ukrayna tərəfdarıdırlar və Ruiyanın Ukraynanın daili işlərinə qarışmasını istəmirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151