Krım tatarlarına regional deyil, milli-mədəni muxtraiyyət hüququ tanına bilər
Kreml Krım tatarlarına regional muxtraiyyət haqqı tanımaq istəmir. Kreml Krım tatarlarına regional muxtariyyət yox, milli-mədəni muxtariyyət hüququ verə biləcəyini bəyan edib. Krım Tatar Milli Məclisi milli müqəddəratını təyin etmək hüququndan istifadə etməklə, Krım Tatar regional muxtariyyətini qazanmaq üçün referendum keçirmək isəyini bəıyan etmişdi.
Krım Baş nazirinin müavini Rüstəm Temirqaliyev Krım tatarlarının ancaq mədəni muxtariyyəti əldə edə biləcəyini nəzərə çatdırıb. R.Temirqaliyev RİA-Novosti-yə açəqlamasında Krım hökumətinin Krım tatar milli-mədəni muxtariyyət qurmasını qəbul edildiyini, amma regional muxtariyyət qurmalarına qarşı odlqularını qeyd edib.
“Xeyir, regional muxtariyyət məsələsi mümkün deyil, sadəcə milli-mədəni muxtariyyət ola bilər”, deyə R.Temirqaliyev nəzərə çatdırıb.
Regional muxtariyyət müəyyən bir etnik qrupun muxtar dövlətçiliyini ifadə edirsə, milli-mədəni muxtariyyət isə ancaq təhsil və mədəni sahədə müstəqil qərar qəbul etmək haqqı tanıyır. Bu qərarlar regiona yox, ancaq etnik qrupa aid olur. Milli-mədəni muxtariyyət hüquqi olaraq vətəndaş cəmiyyəti quruluşu statusundadır.
Rusiyada milli-mədəni müstəqillik fəaliyyəti 1996-cəı ildə qəbul edilən “Milli və mədəni müstəqillik haqqında” federal qanunla tənzimlənir.
Rusiyada mədəni muxtariyyətlərə nümunə olaraq süryani, yəhudi, ləzgi, azəri, belarus, qazax, kürd, kareliya, alman və s. muxtariyyətlərini göstərmək olar (Turan).