Muəllif:

Krım rəhbərlərinə də sanksiyalar tətbiq edilir, bəs Qarabağ?

ABŞ Krımın bir sıra yüksək rütbəli məmuruna və “Çernomornefteqaz” şirkətinə qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə nazirliyinin məlumatında qeyd edilir ki, 7 nəfər “qara siyahıya” düşüb. Bunlar Sevastopol şəhər meri Aleksey Çalıy, MSK sədri Mixail Malışev, Sevastopol  seçki komissiyasının rəhbəri Valeri Medvedev, baş nazirin birinci müavini Rustəm Temirqaliyev, Federasiya Şurasının üzvü Sergey Tsekov, Krım Dövlət Şurası spikerinin müşaviri Yuri Jerebtsov və Təhlükəsizlik xidmətinin başçısı Pyotr Zimadır.

Bu şəxslərin ABŞ-dakı hesabları dondurulacaq, Amerika vətəndaşlarına isə adıçəkilən şəxslərlə işgüzar əlaqələr qurmaq yasaq edilir. Görəsən, belə bir şey Dağlıq Qarabağdakı separatçı tiplərə qarşı da tətbiq edilə bilərmi? Onlar da vaxtaşırı okeanın o tayına pul dilənməyə yollanırlar…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118