Krım referenduma gedir ki, «gələcəyini müəyyən etsin»?
Krım Ali Radasının Rəyasət Heyəti muxtar respublikada referenduma gedilməsi haqda qərar verib. Bu barədə Krım Muxtar Respublikası Ali Radası Rəyasət Heyətinin yerli sakinlərə müraciətində deyilir. Bu addıma haqq qazandırmaq üçün ölkədəki vəziyyət mümkün qədər tünd boyalarla təqdim olunur. Müraciətdə bildirilir:
“Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərcmərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək”.
Başqa sözlə, bu qərarın arxasında duranlar Krımın Ukraynadan ayrəlması xəttini tutduqları görünür. Rəsmi Kiyevin bu niyyətlərə münasibəti və necə davranacağı maraq doğurur.