Kommunist deputatlar vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun layihəsini süngü ilə qarşıladılar
Rusiya Kommunist Partiyası əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıb. Kommunistlər ölkə iqtisadiyyatına sərmayə qoymaqla və Rusiya diplomuna sahib olmaqla vətəndaşlıq almaq imkanı yaradan qanun layihəsinin qəbulunu məqbul hesab etmirlər.
Dövlət Dumasının deputatı, Kommunist Partiyasının sədr müavini Valeri Raşkinin fikrincə, yeni qanun layihəsi qastrabayterlərin Rusiya Federasiyası pasportunu əldə etməsi üçün daha bir yol açacaq: “Rusiya bugünkü vəziyyəti ilə təəssüf ki, aşağı iqtisadi və sosial göstəriciləri olan ölkələrin vətəndaşları üçün cazibə mərkəzidir. Ona görə də, ölkəyə 10 milyon rubl sərmayə qoyan, Rusiya ali təhsili olan və ən azı 3 il Rusiyada yaşayan əcnəbilərə vətəndaşlıq verilməsini nəzərdə tutan qanun layihəsinin ölkəyə xarici sərmayə və yüksək ixtisaslı mütəxəssislərin cəlb edəcəyini ümid etmək sadəlövhlükdən başqa bir şey deyil”.
Raşkinin sözlərinə görə, Orta Asiya ölkələrindən Rusiyaya gələn tələbələrin və qastarbayterlərin sayı ildən ilə artır: “Bu yeni qanun layihəsi onların çoxuna Rusiya pasportu almağa daha bir yol açacaq” (APA).