Kiyevdən AB-yə xəbərdarlıq: Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandıra bilərik
Ukraynanın energetika naziri Yuri Prodan AB-nin energetika üzrə komissarı Günter Ottingerə ünvanladığı məktubda bu xəbərdalıq ifadə olunub. Prodan Ottingerə Rusiya və Ukrayna arasında “qaz münaqişəsinin” qarşısının alınması üçün yaxın 2-3 gün ərzində xüsusi qrup yaratmağı təklif edir. Nazir yazıb ki, AB ərazisindən – Polşa, Macarıstan və Slovakiyadan Ukraynaya qaz göndərişinin gerçəkləşdirilməsi sözügedən təhdidin aradan qaldırılmasına kömək edərdi. Prodan Rusiyaya tətbiq ediləcək yeni qiymətlərdə Xarkov razılaşmasında təsbit olunmuş güzəştləri nəzərə almayacaqlarını da ayrıca qeyd eymişdir.
“AB ölkələrindən Ukraynaya qaz göndərişini təşkil etməyə çox az vaxt qalır. Əgər biz bu problemi qısa bir zamanda həll edə bilməsək, 2009-cu ildə yaşanan “qaz münaqişəsinin” təkrarlanacağını proqnozlaşdıra bilərik. Bu münaqişə qərb istiqamətində qaz nəqlinin Rusiya tərəfindən tamamilə dayandırılması da daxil olmaqla, eyni ssenari üzrə meydana gələcək və eyni fəsadlara gətirib çıxaracaq”, deyə nazirin məktubda vurğulanır.