Muəllif:

Kiyevdə müxalifət “Berkut”la üz-üzə: Belarus və Rusiya həyəcan keçirir

Bu səhər alınan xəbərlərə görə,  Kiyevin Qruşevski küçəsində davam edən aksiyanın iştirakçıları əks-hücuma keçib,  “Berkut” geri çəkilməkədir.  Etirazçıların təzyiqi o qədər güclü olub ki,  “Berkut” geri çəkilməyə məcbur olub. Xüsusi təyinatlıların atdığı işıq-səs qumbaralarına cavab olaraq etirazçılar daş və fişənglə cavab verirlər. Toqquşmaların baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları gəlməkdədir.

Ukraynada Yanukoviç hakimiyyəti əleyhinə keçirilən etiraz aksiyalarında ilk iki ölüm faktının  qeydə alındığı xəbərlərə əlavə olunurb. Adı açıqlanmayan mitinqçinin hansı şəraitdə öldüyü haqda ziddiyyətli məlumatlar var. BBC Ukrayna müxbiri gənc nümayişçinin 4 güllə yarası aldığını və bu gün səhər yerli vaxtla saat 07.30-da keçindiyini bildirib. Meyiti müayinə etmək üçün tibb məntəqəsinə tibbi ekspert və milis gəlib.

Ukrayna saytları isə gənc fəalın hökumət binasının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə milis arasındakı toqquşma zamanı “Dinamo” stadionunun 13 metrlik sütunundan yerə düşdüyünü və yanvarın 21-də öldüyünü xəbər veriblər.  Bu arada “Dinamo” stadionu yaxınlığındakı Qqruşevski küçəsində etirazçılar milis əməkdaşlarına yandırıcı maye ilə doldurulmuş şüşə qabları (“Molotov kokteyli”) partlayıcı paketləri atmağa başlayıblar.

RBK-Ukraynaya istinadən, etirazçılar yandırıcı maye ilə doldurulmuş şüşə qablarını Mariinin parkı istiqamətində dayanmış asayiş keşikçilərinə atır. Məlumata görə, etirazçıların həmləsi intensiv xarakter daşımır.    Milis dəstələri buna cavab olaraq, etirazçılara qarşı səs qumbaralarından istifadə edir.

Kiyevdə baş verən hadisələrin ölkənin digər şəhərlərinə sirayət edəcəyi proqnozlaşdırılır. Minsk və Moskva ciddi həyəcan içərisindədir. Aleksandr Lukaşenko və Sergey Lavrov Ukraynaa baş verənlərdə Avropanı təqsirli bilirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131