Muəllif:

Kiyevdə maskalı degeneratlar azərbaycanlı tələbənin üstünə tökülüşüblər

Kiyevdə günün günorta çağı qollarına ekstremist “Pravıy sektor” təşkilatının sarğısını bağlamış maskalı gənclər azərbaycanlı tələbə Bayramov Sübhan Bayram oğluna hücum edərək döyüb, sonra isə onu qarət ediblər. Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə aprelin 7-si, saat 22:00 radələrində Maydana yaxın Qruşevski küçəsində baş verib.

Maskalı gənclər 25 yaşlı Sübhanın qarşısını kəsib siqaret istəyiblər. Sübhan siqaret çəkən olmadığını bildirəndə ondan pul tələb ediblər. S. Bayramovdan sərt reaksiya görəndə isə maskalılar onu döyməyə başlayıblar.

Xeyli döydükdən sonra pul qabını və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.

Yaxınlıqdakı şəxslər davaya müdaxilə etməsələr də, maskalılar hadisə yerindən uzaqlaşandan sonra Sübhanı xəstəxanaya çatdırıblar.

Yaxınları hazırda Bayramovun vəziyyətinin yaxşı olduğunu deyiblər.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149