Muəllif:

Kılıçdaroğluya yumruq atan AKP-li çıxdı

Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluya hücum edən şəxsin siyasi mənsubiyyəti bəlli olub.Kılıçdaroğluya yumruq atan Orxan Övet adlı şəxsin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. Bunu AKP liderinin müavini Hüseyn Çelik açıqlayıb.

Çelik bu adamın 2012-ci ildə Ankaranın Almadağ rayonunda partiyaya üzv yazıldığını bildirib: “9 milyondan çox üzvümüz var. Çoxlu sayda cinayət törətmiş bir adamın partiyaya qəbulunu ciddi diqqətsizlik kimi qiymətləndiririk. O, artıq partiyadan qovulub. Hörmətli Kılıçdaroğluna bir daha keçmiş olsun diləklərimizi çatdırırıq”.

CHP başqan müavini Gürsəl Tekin isə Övetin AKP üzvü olduğunu hadisə baş verən axşamdan bildiklərini söyləyib: “İstintaqa mane olmamaq üçün bunu açıqlamadıq və hökumətdən açıqlama gözlədik”.

Tekin  Övetin bəzi siyasətçilər və millət vəkilləri ilə əlaqəsi olduğuna işarə vurub: “Bu şəxsin siyasətçilərlə, millət vəkilləri ilə əlaqəsi olub-olmadığını önümüzdəki günlərdə görəcəyik. Biz hələlik sübutu olmayan hər hansı iddianı paylaşmağı doğru saymırıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126