Muəllif:

Kılıçdaroğlu Ərdoğanı rüşvət və özbaşınalıqda ittiham edib

Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu baş nazir Ərdoğanı yalançılıqda, xalq içinə düşmənçilik səpməkdə ittiham edib. Kılıçdaroğlu baş nazirin “başıörtülü” bir qadını 100-ə qədər adamın döyməsi və yerdə sürüməsi kimi bir faktın olmadığını deyib. Bununla bağlı adı çəkilən ərazidəki müşahidə kameralarında belə hadisə qeydə alınmayıb.

“Nə qovğa, nə dava, heç nə yox. İndi də bir ölkəni idarə edən baş naziri düşünün. Olmayan bir hadisəni olmuş kimi göstərdi və “mənim başörtülü bacımı yerdə sürüdülər” dedi. Nə üçün belə edir? Cümhuriyyət tarixində baş verən ən böyük korrupsiyanın üstünü örtsünlər deyə. Buradan o yalançıya səslənirəm, qadınların başörtüsü, o qadının başörtüsü sənin korrupsiyalarının üstünü örtməz, bu, xalqı kin və düşmənçiliyə sürükləməkdir”, — Kılıçdaroğlu baş naziri ittiham edib.

Mühəmməd Peyğəmbərin (ə.s) yalanla imanın bir arada ola bilmədiyi haqdakı hədisini baş nazirə xatırladan CHP lideri onu yalançılıqda da ittiham edib.

Xalqa səslənən Kılıçdaroğlu yalan danışan kimsənin əlinin xalqın cibində olması iddiasl edib. Bununla yanaşı CHP lideri Ərdoğanı dini siyasətə alət eməkdə rüşvət və özbaşınalıqda suçlayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 112