Muəllif: Redaksiya
Kiçik çavuş döyüş tapşırığını yerinə yetirərkən şəhid olub
Ölkə Xocalı soyqırımını yad etdiyi gün cəbhədə kiçik çavuş döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. MN mətbuat xidməti bildirir ki, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
MN rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 159

