Kesebli 18 Suriya ermənisi Türkiyəyə sığınıb
Suriyanın’nin Lazkiyə şəhərinə bağlı Keseb qəsəbəsində və çevrəsində nəzarəti ələ keçirən müxaliflər, Türkiyəyə sığınmaq istəyən erməni kökənli 18 Suriyalını Yayladağı ilçəsində sınırda Türk yetkililərə təslim edib, deyə Anadolu Agentliyinin xəbərində deyilir.
Bəlli olduğu kimi, bura türkmən bölgəsidir və Əsəd rejiminə bağlı birliklərlə müxaliflər arasında, Keseb qəəbəsiı və çevrəsindəki atışmalar 12 gündür sürür.
Aatışmalardan ziyan görməsinlər deyə güvənli bölgədə saxlanan və Türkiyəyə sığınmaq istəyən Erməni kökənli 7-si qadın 18 Suriyalı müxaliflər tərəfindən Keseb Sınır Qapısına gətirilib.
Suriyalı müxaliflərlə vidalaşan Suriyalılar Yayladağı Kaymakamı Turan Yılmaz, İlçə Əmniyyət rəisi Akif Kızılkaya və gömrük personalı tərəfindən qarşılanıb Müəllimlər Evinə müsafir aparılıb. Onlara nahar verilib və bildirilib ki, Türkiyənin istədikləri yerinə göndəriləcəklər. Yeriyə bilməyən qocalara təkərli əlil arabaları gətirilib.
Kesebin Karaduran köyündən gəldiyini bildirən 67 yaşlı Anehud Arahunyan AA müxbirinə deyib: «Evimizin yaxınlığında savaş oldu. Müxaliflər bizi Kesebdə güvənli bölgəyəe gətirdi. Türkiyəyə sığınmaq istədiyimiz söylədik. Bizi sınıra gətirip, Türk yetkililərə təslim etdilər. Müxaliflər bizimlə çox yaxşı davrandılar. Yeyəcək, içəcək verdiler, yatacaq yer təmin etdilər» dedi.
Həftə içi, müxaliflər tərəfindən Keseb Sınır Qapısına gətiren Erməni kökənli Suriyalı 2 qardaş d Samandağ ilçəsində Ermənilərin yaşadığı Vakıflı Məhəlləsində misafir edilmişir.