Muəllif:

Kərkük və Tuzhurmatuda 5 bomba yüklü maşın partladılıb: 7 ölü, 21 yaralı

İraqın quzeyindəki Kərkük və Tuzhurmatu türkmən şəhərlərində dünən 5 bomba yüklü nəqliyyat vasitəsi partladılıb. Partlamalarda 7 nəfər ölüb, 21 nəfər yaralanıb. Kərkükdə günorta  saatlarında üç ayrı yerdə eyni saatda baş verən partlayış Əl İhtifalat, Rahimava  və Əl Hadra bölgəsində Avto-qalereya küçələrində qeydə alınıb. Bu üç partlamada 4 nəfər ölüb, 16 nəfər də yaralanıb. Türkmənlerin yoğun yaşadığı Tuzhurmatuda 2 partlama meydana gəlib. Səlahaddin elinə bağlı Tuzhurmatu şəhərində bomba yüklü iki maşın Bağlar səmtində partladılmışdır. Partlamada Türkmən kökənli bir ata və 2 çocuğu həyatını  itirmiş, 5 nəfər yaralanmışdır.  Hücum sonucunda bölgədəki evlər böyük ölçüdə ziyan dəymişdir.

Türkmən xəbər qaynaqlarına istinadən,  İraqda insanları hədəf alan saldırılardan başqa strateji önəmə sahip köprülər və yollar da hədəfdədir. Türkmən bölgələrində bir sıra körpülər partladılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115