Muəllif:

Keçmiş Quantanamo məhbusu olan azərbaycanlı slovak dilini öyrənir

Quantanamodakı həbs düşərgəsindən sərbəst buraxılan azərbaycanlı Polad Siracov Slovakiyada yaşayır. The Slovak Spectator nəşrinə istinadən, Siracovla birlikdə Slovakiyada yaşamalarına icazə verilən digər Quantanamo məhbusları – misirli Adil-əl-Qazzar və tunisli Rafiq Hami isə 2010-cu ilin iyulunda buraxılıblar.

2009-cu ildə ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması haqda sərəncam verib. Bundan sonra əksər məhbuslar azadlığa buraxılıblar. Azərbaycanlı P. Siracov da onların arasında olub. Əfv olunduqdan sonra o, vətənə dönməkdən imtina edib. Beynəlxalq təşkilatların köməyi ilə P. Siracov 2010-cu ilin yanvarında Slovakiyaya göndərilib. Bu ölkədə yaşamaq icazəsi almağın əsas şərti kimi keçmiş məhbuslar Slovakiya dilini öyrənməyə başlayıblar. Hökumət iş axtarmaqda və yaşayış yeri ilə təmin olunmaqda onlara yardımçı olacağını vəd edib.

The Slovak Spectator yazıb ki, yaxın vaxtlarda ölkə hökuməti daha 3 keçmiş Quantanamo məhbusunu qəbul edəcək. 2013-cü ilin sonlarında Pentaqon Çin vətəndaşı olan 3 uyğurun Slovakiyaya təhvil veriləcəyini açıqlayıb. Slovakiya XİN-in rəsmi nümayəndəsi İvan Netik bildirib ki, daha əvvəl qəbul edilən 3 məhbus kimi, bu məhbuslar da heç vaxt terror törətməkdə şübhəli sayılmayıblar və ya terrorda ittiham olunmayıblar.

Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, bir müddət Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətində çalışıb. 2001-ci ilin əvvəlində evdən çıxan P. Siracov bir daha geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsi onun taliblərlə birlikdə həbs olunduğunu və Quantanamoya aparıldığını öyrənib.   

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183