Muəllif:

Karsda Statistika İdarəsinə silahlı basqın: 6 ölü, 7 ağır yaralı

Türkiyə Statistika Qurumunun Kars şəhər yerli idarəsinə silahlı basqın olub. İdarənin keçmiş əməkdaşı, psixoloq olduğu bildirilən Veysi Erin adlı şəxs idarəyə daxil olaraq müdir Mehmet Tolon və içəridəki işçilərə “Kalaşnikov” avtomatından atəş açmağa başlayıb. Nəticədə Mehmet Tolon və 5 əməkdaş  olay yerində ölüb, 7 adam ağır yaralanıb. V. Erin hadisə yerində özünü də vurub.

Kars polis rəisi, polis xüsusi təyinatlıları və vilayət rəhbərliyi olay yerinə baxış keçirib. Bəlli olub ki, Erin psixoloji xəstə imiş və bu ərəfədə Tolonla aralarında mübahisə olub…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 107