Muəllif: Redaksiya
Kafe sahibini hədələyib pul tələb edən naxçıvanlı yaxalandı
Naxçıvan şəhər sakini kafe sahibini bıçaqla hədələyərək pul tələb edib. Bakı şəhər Baş Polis İdarəsindən yayıln məlumata görə, hadisə paytaxtın Davud Aslan küçəsində yerləşən kafedə baş verib. Naxçıvan şəhər sakini Vüqar Həziyev Yusif Bağırova məxsus kafedə ona bıçaqla xəsarət yetirəcəyi ilə hədə-qorxu gələrək «cəzaçəkmə müəssisələrinə göndərmək məqsədilə» 1000 manat pul tələb edib. ..Əcəb tələbdir — biri alçaq bir iş tutub layiq olduğu yerə göndəriləcək, səhərdən axşama əziyyət çəkib güzəranını təmin etməyə çalışan vətəndaş isə ona barmaqlıq arxasına pul göndərməlidir.
Həziyev Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 162