Muəllif:

Kabildə törədilən teraktda 13 əcnəbi həyatını itirib

Əfqanıstanın başkəndi Kabildə törədilmiş terror aktında ölənlərin sayı 21-ə çatıb.  Anadolu  agentliyinə istinadən, ölənlərdən 13-ü xarici ölkə vətəndaşı, 8-i isə yerli vətəndaşdır.

Terror nəticəsində 4 BMT əməkdaşı və Beynəlxalq Valyuta Fondunun Əfqanıstan nümayəndəsi, 60 yaşlı Livan vətəndaşı Babel Abdulla da ölüb. Babel Abdulla 2001-ci ildən bəri Əfqanıstanda öldürülən ən yüksək vəzifəli əcnəbilərdən biridir. BFV rəhbəri Kristin Laqard onun ölümünü bütün BFV əməkdaşları üçün faciəvi olay olduğunu söyləyib. BMT baş katibi Pan Gi Mun isə terror aktını kəskin şəkildə pisləyib.

17 yanvar gecəsi terrorçu-kamikadze Kabildəki “Taverna du Liban” lokantasının girişində partlayış törədib. Daha iki terrorçu içəri girməyə cəhd göstərərkən mühafizəçilər tərəfindən güllələnib. Olayı Taliban öz üzərinə götürüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 86