Jvaniya və Yusupov ölüb, yoxsa öldürülüblər?
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağırılıb. Saakaşvilinin sabiq Baş nazir Zurab Jvaniyanın ölüm işi üzrə ifadəsi alınacaq. Jvaniya və dostu Raul Yusupov 2005-ci il fevralın 3-də Tbilisidəki mənzillərin birində ölmüş vəziyyətdə tapılmışdılar.
Rəsmi versiyaya əsasən, ölümə səbəb dəm qazı nəticəsində zəhərlənmə olub. Lakin Baş nazirin qətlə yetirilməsi şübhəsi də mövcuddur. Deyilir ki, bu ölümün bəbəxt hadisə olmadığına dair şübhələr var. Ötən gün bu iş üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili də dindirilib, onun dedikləri heç nəyə aydınlıq gətirməyib.
Saakaşvilidən vaxtilə verdiyi əfv fərmanları ilə bağlı bəzi təfsilatlar da soruşulacaq. Onu martın 27-də saat 13.00-da prokurorluqda gözləyirlər.