Muəllif:

Jirinovskidən Polşaya sərsəm təklif: Ukraynanı bölək…

Polşa XİN Rusiya Dövlət Dumasından rəsmi məktub alıb və bu məktubda indiki Ukrayna torpaqlarını bölmək təklif edilir. Bu barədə Polşa XİN-in dəstəyi ilə yaradılmış Polşa İctimai Televiziyası TVP-ə  (Telewizja Polska) istinadən xəbər yayılıb.

XİN-ə təklif edilir ki, Ukraynannı 5 batı vilayətini – Volın, Lvov, İvanovo-Frankovsk, Ternopol və Roven vilayətlərində Polşaya birləşdirilməyə dair referendum keçirilməsinə çalışsın.

Polşa prezidentinin humanitar məsələlər üzrə müşaviri Tomaş Nalenç bu təklifi belə şərh edib: “Bu fikirlər —  hanslsa xəstə təxəyyülün məhsuludur. Polşaya dost bir ölkəni bölmək və onun sərhədlərini dəyişdirməyi təklif etmək hiddət doğurmaya bilmir. Tomaş Nalenç deyib ki, bu rəsmi təklifi analiz üçün psixiatra göndərmək gərəkdir.

Bəlli olub bu təklif rəsmən Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Jirinovskidən daxil olub…

Polşa XİN mətbuat katibi Marçin Voytsekovski  deyib ki, “sözügedən təklif o qədər qəribə olub ki, ciddi qarşılanmayıb” və təəssüflə qeyd edib ki, “Rusiya elitasının bir hissəsi hələ də Molotov-Ribbentrop paktı nöqteyi-nəzərindən düşünür”.

Bu azmış kimi, TVP məlumat verir ki, analoji təklif RF-in rəsmi şəxsi tərəfindən Macarıstan və Rumıniyaya da edilib. Onlara təklif edilir ki, Zakarpatye və Çernovitsaya iddia irəli sürsünlər.

Jirinovskinin planına görə, Ukraynaya onun yalnız mərkəzi hissəsi qalmalıdır.

Jirinovski psixi xəstədirmi? Fəqət bir az real olmaq lazım gəlir- belə bir fikir var ki, Kremldə ağıllı başlar öz fikirlərini bu xəstənin ağzından auditoriyaya ötürürlər… Postsovet ölkələri və yeni dünya düzənini saxlamaq istəyənlər ehtiyatlı olmalıdırlar. 80-90 il geriyə qayıtmaq və baş vermiş hərbi-siyasi olaylar əsasında paralellər apardıqda bu ehtiyatlılıq vacibdir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153