Muəllif:

İstanbulda və Ankarada AKP-dən kütləvi qaçaqaç düşüb

İstanbulda 4 minə yaxın AKP üzvü CHP-yə, Ankarada isə 1000 nəfər AKP üzvü MHP-yə keçib

İstanbulda AKP-dən kütləvi qaçaqaç düşüb. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP)  4 minə yaxın üzvü istefa verərək Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib. “Milliyet” yazır ki, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Esenyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.

AKP-dən Esenyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.

Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.

Sabah — martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131